Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏHİD AİLƏLƏRİ HƏR AN DİQQƏT MƏRKƏZİNDƏ SAXLANILIR

07 yanvar 2021 | 16:00

Qapanlı kəndindən ola şəhidimiz Əlili Orxan Elşad oğlunun anası Hekayət Əliyevanın dünən gecə saatlarında səhhəti pisləşib.

Şəmkir RİH-in şəhid ailəsinə təhkim olunmuş əməkdaşı Surac Namazov və həkim heyəti gecə ailəyə baş çəkib, Hekayət xanımı Təcili Tibbi Yardım avtomobililə ilkin tibbi müayinə və müalicə üçün Gəncə şəhərində yerləşən xəstəxanaya aparıblar.

Bu gün isə şəhidimizin anasına lazım olan bütün tibbi və psixoloji dəstək göstərilib. Hazırda anamızın vəziyyəti yaxşıdır və ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, Şəmkir RİH tərəfindən rayonumuzda olan bütün şəhid ailələri daim diqqət mərkəzindədir, onların arzu və istəkləri mütamadi olaraq nəzarətdə saxlanılır.

Keçidlər