Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI ƏSİRLİKDƏN QURTARILAN ŞƏRİF ƏLİYEVİ EVİNDƏ ZİYARƏT EDİB

04 yanvar 2021 | 16:00

Hərbi əsirlikdən qurtarılan Şəmkir rayonunun Dəllər Cırdaxan kənd sakini Əliyev Şərif Elsevər oğlu  ailəsinə qovuşub.

Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da iştirak etdiyi qarşılanma mərasimində kənd sakinləri Şərif Əliyevi coşqulu qarşılayıb, qurban kəsiblər.

İcra başçısı daha sonra əsirlikdən qurtarılan Şərif Əliyev və ailə üzvləri ilə görüşüb. 

Alimpaşa Məmmədov bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən bütün hərbiçilərimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəmanlıq göstərmiş, adlarını Zəfər Tariximizə qızıl hərflərlə yazmışlar. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız bu gün işğaldan azad olunmuşdur.

Cənab Prezidentin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etmişdir, şəhidlərimizin qanı yerdə qalmamışdır.

Rayon rəhbəri Vətən müharibəsində şəhid olan qəhrəman balalarımızın ailələrinin daim qayğı ilə əhatə olunacağını qeyd etmiş, yaralıların tezliklə sağalıb həyata dönməsini arzu edərək, onların sağalması üçün bütün səylərin göstəriləcəyini diqqətə çatdırmışdır.

Şərif Əliyev və ailəsi göstərilən diqqət və qayğıya görə Prezident Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Şərif Əliyev Murovdağ, Füzuli, Xocavənd, Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib, 10.11.2020-ci ildə Xocavənd istiqamətində yaralı halda əsir düşüb. 14.12.2020-ci ildə əsirlikdən azad olunaraq Vətənə qaytarılıb.

Keçidlər