Alimpaşa Məmmədov “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub
Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunmuşdur.
Qeyd edək ki, Alimpaşa Məmmədovun rəhbərlik etdiyi Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən İkinci Qarabağ müharibəsi dövründə arxa cəbhədə dövlətimizə, dövlət başçımıza, ordumuza dəstək nümayiş olunmuş, təşkilati işlər yüksək səviyyədə aparılmışdır.
Məlumat üçün bildirək ki, sözügedən medal ilə Azərbaycan Respublikası ilə hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdikləri xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin hərbi qulluqçuları və digər şəxslər təltif edilirlər.