ŞƏMKİR RİH-DƏ DAHA BİR GƏNC YÜKSƏK VƏZİFƏYƏ TƏYİN EDİLDİ
Şəmkir Rayon İcra Hakimiyəti başçısı Aparatında İnformasiya təminatı və təhlili sektoru gənc kadra tapşırıldı.
Belə ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Qələndərov Natiq Arif oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında İnformasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsinə təyin edilib.
Natiq Qələndərov 20 dekabr 1989-cu ildə Şəmkir şəhərində dünyaya gəlib. Mingəçevir Dövlət Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsini bitirib. Ailəlidir, iki övladı var.
31 yaşlı gənc daha öncə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.
Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Natiq Qələndərovu təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!