Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun Gənc Həkimlər Birliyinin üzvləri ilə növbəti görüşü keçirilmişdir
21 yanvar 2015-ci il tarixində Şəmkir rayon İcra Hakimiyyəti Aparatında Cənab Alimpaşa Məmmədovun Gənc Həkimlər Birliyinin üzvləri ilə görüşü keçirilmişdir. İlk əvvəl Cənab Alimpaşa Məmmədov çıxış edərək Gənc Həkimlər Birliyinin qısa zaman ərzində gördüyü işləri yüksək qiymətləndirmiş, öz təşəkkürünü bildirərək gələcək işlərində onlara dəstək olacağını bildirmişdir.
Gənc Həkimlər Birliyinin sədri Samir Namazov görüləcək işlər barəsində məruzə etmiş, öz fəaliyyət planları haqqında geniş məlumat vermişdir. Belə ki, 29 yanvar Sabirkənd kənd sakinlərinin birlik tərəfindən tibbi müayinəsi və müalicəsi təşkil ediləcəkdir. Həmçinin fevral ayından etibarən Şəmkir rayon təhsil müəssisələrində marifləndirici seminarlar aparılacaq, mart ayında isə maddi durumu aşağı olan ailələrin övladları üçün təmannasız sünnət aksiyası keçiriləcəkdir. Daha sonra gənc həkimlər öz ehtiyac duyduqları avadanlıqlar haqqında rayon rəhbərinə məlumat vermişlər, bununla bağlı problemlərin bir qismi yerindəcə həllini tapmış, məsul şəxslərə tapşırıqlar verilmişdir. Digər avadanlıqların isə ən qısa zamanda gənc həkimlərin və tibb işçilərinin ixtyarına veriləcəyi bildirilmişdir.