33 YAŞLI GƏNC ŞƏMKİR RİH-DƏ YÜKSƏK VƏZİFƏYƏ TƏYİN EDİLDİ
Şəmkir Rayon İcra Hakimiyəti başçısı Aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi gənc kadra tapşırıldı.
Belə ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Seyidov Elgün Sahib oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Elgün Seyidov 03 oktyabr 1987-ci ildə Şəmkir rayonu Dəllər Cəyir kəndində dünyaya gəlib. Xəzər Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin jurnalistika ixtisasını bitirib.
Ailəlidir, bir övladı var.
33 yaşlı gənc daha öncə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında İnformasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsində çalışıb.
Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Elgün Seyidovu təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!