YENİ LAYİHƏ- ŞƏHİDLƏRİMİZƏ HƏSR OLUNUR
Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsini əbədiləşdirmək üçün Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən daha bir layihəyə start verildi.
Belə ki, RİH-in təşkilatçılığı və dəstəyi ilə nəfis tərtibatda, xüsusi dizaynlı “ŞƏHİD” jurnalı dərc olunacaq. Canını Vətən uğrunda qurban verən qəhrəman şəhidlərimizin hər birinə jurnalın bir nömrəsi həsr olunacaq.
“ŞƏHİD” jurnalında şəhidlərimizin keçdiyi həyat yolu, valideyinlərinin xatirələri, şanlı hərbi xidmət dövrü və şəhidlik zirvəsinə yüksəlməsi öz əksini tapacaqdır.
İlk jurnal qəhrəman şəhidimiz Seymur Həbibova həsr olunub.
Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən bütün rayon şəhidlərinin həyatı haqqında qısametrajlı film çəkilir, jurnal hazırlanır və “Şəhidlər Xiyabanı”nda əzəmətli abidə ucaldılacaq.
Onu da bildirək ki, jurnallar və filimlər tam hazır olduqdan sonra ictimaiyyətə təqdimatı keçiriləcəkdir.
QEYD: Əziz izləyicilərimiz, siz də jurnalın adı, tərtibatı haqqında, jurnalda görmək istədiyiniz hər hansı bir fikir irəli sürmək istəyirsinizsə, şərh bölümündə bu haqda yaza bilərsiniz.