İCRA BAŞÇISI ŞƏHİD AİLƏLƏRİNİ ZİYARƏT EDİB
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Mahmudlu kəndinin İkinci Qarabağ savaşı-Vətən müharibəsində şəhid olan qəhrəman övladları şəhid Musayev Niyaməddin Zirəddin oğlu və Namazov İsmət Nüsrət oğlunun ailələrinə baş çəkib.
İcra başçısı əvvəlcə qəhrəman şəhidlərimizin məzarlarını ziyarət edib, vətənimizin azadlığı uğrunda canından keçən cəsur övladların məzarları üstünə tər çiçəklər qoyub.
Daha sonra şəhidlərimizin evlərinə gedən rayon rəhbəri Azərbaycanın suverenliyi uğrunda şəhid olan Niyaməddin Musayev və İsmət Namazova Allahdan rəhmət, ailə üzvlərinə isə səbir diləyib.
Qeyd edib ki, vətənimizin bu mərd, cəsur övladarı ali bir amal - Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşərkən şəhidlik zirvəsinə ucalıblar. Şəhidlərin xatirəsi daim uca tutulur, şəhid ailələri isə dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.
Alimpaşa Məmmədov şəhid ailələrini narahat edən məsələlərlə də yerində maraqlanıb.
Mahmudlu kəndindən olan şəhidlərimizin ailələri də onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürünü ifadə ediblər.