Ali Baş Komandan Azərbaycan xalqını təbrik etdi
01 dekabr 2020 | 16:00
“Əziz həmvətənlər. Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.
Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.
“Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Bir güllə atmadan Laçın rayonunu qaytardıq, düşməni buna məcbur etdik”, - deyə Prezident bildirib.
İ.Əliyev qeyd edib ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın şəhid vermədən qaytarıldı.