Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ NƏCİB AKSİYA

24 noyabr 2020 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hemofiliya və talassemiyadan əziyyət çəkən xəstələrə yardım məqsədilə ənənəvi qanvermə aksiyası keçirilib.

Şəmkirlilər qana ehtiyacı olan insanların köməyinə çatmaqüçün artıq ənənə halını alan bu nəcib və humanist xarakterli aksiyaya qoşularaq, bu il də fəal olublar.

Karantin qaydalarına uyğun təşkil olunan aksiyada Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonda fəaliyyət gğstərən idarə, müəssisə, təşkilatların işdə olan və sağlamlığı imkan verən əməkdaşları, könüllülər iştirakediblər.

Həkim hematoloqlar tərfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyənləşdirlib.

Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.

Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcədə leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

Şəmkir Heydər Əliyev Mərkəzində karantin qaydalarına ciddi əməl olunmaqla təşkil olunan kampaniyada 300-ə yaxın könüllü donor iştirak edib.

Keçidlər