Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə “20 Yanvar” faciəsinin 25 – ci il dönümü anımı keçirilmişdir.

20 yanvar 2015 | 16:00

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 25 il keçir. Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməliyyatlara başlayıb. Faciə zamanı 137 insan öldürülüb, 744 adam ağır xəsarət alıb, 841 nəfər isə qanunsuz olaraq həbs edilib. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıdılıb.

Bununla bağlı olaraq Şəmkir rayonunda anım mərasimi keçirilib.Mərasimdə Şəmkir rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov, Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, rayonun idarə, təşkilat və müəssisə rəhbərləri, rayon ictimaiyyəti, sıravi vətandaşlar iştirak etmişdir.

Mərasim açıq elan edildikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alipaşa Məmmədov 20 Yanvar faciəsindən, qəhrəman oğul və qızlarımızın Vətənin azadlığını öz canlarından əziz tutmasından danışıb, şəhidlərin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirmişdir. Sonra tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilmişdir.

Daha sonra mərasim iştirakşıları Hərbi Marş sədaları altında Şəhidlər xiyabanına yürüyüş etmişlər. Şəhidlər Xiyabanını ziyarət etmiş, Şəhidlərimizin qəbri üzərinə gül dəstələri qoymuşlar. Bundan sonra Şəhidlər Xiyabanında soyqırım abidəsinin Rayonun rəhbəri tərəfindən açılışı olmuşdur.Tədbirdə çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Cənab Alimpaşa Məmmədov və Şəmkir Rayon Qadınlar Şurasının sədri Nuşabə Seyidova, Ağsaqqallar Şurasının sədri Məhəmməd Əmirov, 20 Yanvar faciəsi ilə bağlı öz təssüratlarını bölüşmüş, Azərbaycanın müstəqilliyi, dövlətimizin daha da qüdrətli olması naminə bilik və bacarıqlarını əsirgəməyəcəklərini bildirmişlər. Şəhid Xəqani İbrahimlinin həyat yoldaşı çıxış edərək ona göstərilən diqqət və qayğı üçün cənab Prezident İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü bildirmişdir.

Keçidlər