Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev: “Baza prinsiplərində hər şey dəqiq göstərilib və biz ona hər zaman hörmət edirik”

15 oktyabr 2020 | 16:00

Bakı Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun müəyyən etdiyi prinsiplər əsasında həllinə sadiq qalır.

Bu sözləri “RİA Novosti”yə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev deyib.

“Bu prinsiplər uzun illər, mən deyərdim, 10 ildən çox müddət ərzində işlənib-hazırlanıb. Mənim Ermənistanın əvvəlki rəhbərliyi ilə iş prosesimdə biz mövqelərin razılaşdırılması üzrə çox fəal şəkildə irəliləyirdik”, - deyə İ.Əliyev bildirib.

“Baza prinsiplərinə gəldikdə isə burada hər şey dəqiq göstərilib. Azərbaycanın işğal edilmiş rayonlarının mərhələli planda azad edilməsi nəzərdə tutulur. Birinci mərhələdə - bu, işğal olunmuş ərazilərin cənub-şərq hissəsi - beş rayondur. İkinci mərhələdə - Dağlıq Qarabağla Ermənistan arasındakı ərazilər - Laçın və Kəlbəcər rayonlarıdır. Bütün kommunikasiyaların, o cümlədən Ermənistan - Azərbaycan sərhədinin digər hissələrindəki kommunikasiyaların da açılması. Qaçqın və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qaytarılması, burada azərbaycanlı qaçqınların həm Şuşaya, həm də keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin digər rayonlarına qaytarılması da nəzərdə tutulur. Və tərəflər arasında razılaşdırılmalı olan Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi üzrə danışıqlar”, - deyə prezident əlavə edib.

“Bunlar Azərbaycanın hər zaman hörmət göstərdiyi baza prinsipləridir və onları biz işləyib-hazırlamışıq”, - deyə İlham Əliyev vurğulayıb.

 

Keçidlər