Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev Ermənistanın son təcavüzü nəticəsində həlak olan dinc sakinlərin sayını açıqladı

15 oktyabr 2020 | 16:00

Azərbaycan Prezidenti İlham Əliyev “RİA Novosti”yə verdiyi müsahibəsində Dağlıq Qarabağdakı son gərginlik zamanı Azərbaycanın 43 dinc vətəndaşının öldürüldüyünü, 200-dən çoxunun yaralandığını və iki minə yaxın evin dağıldığını söyləyib.

“Bu günə qədər mülki əhali arasında 43 ölü, 200-dən çox yaralı var, təmas xətti yaxınlığındakı kənd və şəhərlərdə iki minə yaxın ev ya tamamilə dağılıb, ya da zərər görüb”, - deyə ölkə başçısı bildirib.

“Təəssüf ki, Ermənistan tərəfindən artilleriya atəşləri, həmçinin 10 dinc sakinin öldüyü, 40-a yaxın yaralının olduğu Gəncə şəhərinin vəhşicəsinə bombardman edilməsi hətta atəşkəsin parametrlərinin razılaşdırılmasından sonra da davam edir”, - deyə prezident əlavə edib.

 

Keçidlər