Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident: “Bu, bizim torpağımızdır, biz onu itkilər verərək geri qaytarmışıq...”

03 oktyabr 2020 | 16:00

“Azərbaycan Ordusu cəbhədə müəyyən irəliləyişə nail olub və xüsusilə Füzuli rayonu ətrafında bəzi kəndləri geri alıb. Bu, o deməkdir ki, Azərbaycan geri qaytardığı həmin ərazilərdən geri çəkilməyə hazırlaşmır?”

“Əl-Cəzirə” telekanalının müxbiri Azərbaycan Prezidenti İlham Əliyevə belə bir sual ünvanlayıb.

Dövlətimizin başçısı suala cavabında deyib:

“Xeyr, əlbəttə ki, xeyr! Çünki bu ərazilər bizə məxsusdur. Bu ərazilər qədim torpaqlarımızdır. Bu ərazilər bizim insanların əsrlər boyu yaşadığı ərazilərdir və onlar ermənilər tərəfindən işğal olunub və dağıdılıb.

Füzulidə, Ağdamda və Azərbaycanın başqa şəhər və kəndlərində, işğal olunmuş ərazilərin cənub-şərqində baş verənlərlə bağlı internetdə şəkillər var. Onların bir neçə qanunsuz yaşayış məntəqələrinin olduğu Laçın və Kəlbəcər rayonlarında da dağıntılar var, lakin bu ərazidə olduğu qədər ağır deyil. Bu, bizim torpağımızdır.

Biz onu geri almışıq, biz onu güc yolu ilə geri qaytarmışıq, biz onları itkilər verərək geri qaytarmışıq, biz heç vaxt bundan geri dönməyəcəyik. Biz orada yaşayacağıq”.

 

Keçidlər