Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunun Sabirkənd kəndində hesabat yığıncağı keçirildi.

15 yanvar 2015 | 16:00

15 yanvar 2015-ci il tarixdə Şəmkir rayon İcra Hakimiyyəti başçısı Alipmaşa Məmmədovun iştirakı ilə Sabirkənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2014–cü ilin yekununa dair hesabat yığıncağı keçirilmişdir.

Hesabat yığıncağında rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə,təşkilatların rəhbərləri və Sabirkənd kənd sakinləri iştirak etmişlər.

Hesabat iclasını giriş nitqi ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov açaraq cari ildə kəndin sosial-iqtisadi inkişafında görüləcək işlərdən və həyata keçiriləcək layihələrdən danışdı. Həmçinin “Sabirkənd MMC”-nin fəaliyyəti və “Aqropark” layihəsi haqqında sakinlərə geniş məlumat vermişdir.

Daha sonra Sabirkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İdris Əbdürrəhmanov hesabat məruzəsi ilə çıxış etmişdir. Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılmış, kənd sakinləri dinlənilmişdir.
Yekunda kənd sakinləri, ağsaqqallar, kənddə onlar üçün yaradılmış şəraitə görə bir daha öz minnətdarlıqlarını bildirmişlər.

Daha sonra rayon rəhbəri yeni istifadəyə verilmiş tibb məntəqəsi və “Sabirkənd MMC”də gedən tikinti işləri ilə tanış olmuşdur.

Keçidlər