Şriftin ölçüsü :

Saytın rəngi :

"Azərbaycan torpaqlarının işğalı Ermənistanın planındadır" - Prezident

28 sentyabr 2020 | 16:00

Azərbaycan torpaqlarının işğalı Ermənistanın planındadır və onlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti – budur bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin siyasəti.


Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində Ermənistanın hərbi təxribatlarının səbəbləri barədə danışarkən bildirib.

Müraciətdə deyilir: “Digər səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır. Digər səbəb ondan ibarətdir ki, Ermənistan hər vəchlə çalışır ki, danışıqlar prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub. Məhz Ermənistanın riyakar və qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində hazırda faktiki olaraq danışıqlar dayanıbdır və növbəti təxribatın törədilməsi məhz bu məqsədləri güdür”.

Keçidlər