Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayon İcra Hakimiyyətində mətbuat işçiləriylə görüş keçirilmişdir

14 yanvar 2015 | 16:00

14 yanvar 2015-ci il tarixdə Şəmkir  Rayon İcra Hakimiyyəti Başçısı cənab Alimpaşa Məmmədov  mətbuat işçiləri ilə görüşümüşdür.

Görüşdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, Rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri, “Azərbaycan” qəzetinin bölgə müxbiri Əhməd İsayev, “Respublika” qəzetinin bölgə müxbiri Eyvaz Həmid, “Azərtac”ın müxbiri Sabir Əliyev, “Xalq” qəzetinin bölgə müxbiri Hamlet Qasımov və Şəmkir qəzetinin müxbiri İlyas Qasımov iştirak etmişdir.

İclas başlamadan öncə “Qərb xəbərləri” qəzetinin təsisçisi Məmmədov Eldar Kərəm oğlunun ruhu bir dəqiqəlik sükutla yad olundu.

Daha sonra müxbirlərə rayonun iqtisadi və sosial həyatı, aparılan abaqdlıq və quruculuq işləri, həyata keçiriləcək mühüm layihələr, həmçinin rayonun ictimai–siyasi vəziyyəti haqqında, bununla əlaqədar Rayon Icra hakimiyyətinin rəsmi saytının fəaliyyəti, eləcə də “Vətəndaşlara daha yaxın olaq” layihəsi çərçivəsində facebook səhifəsinin və qaynar xəttin istifadəyə verilməsi haqqında ətraflı məlumat verilmişdir.

Keçidlər