Şriftin ölçüsü :

Saytın rəngi :

“Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir” - Prezident Cənab İlham Əliyev

23 sentyabr 2020 | 16:00

Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir.

Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxışında söyləyib.

Dövlətimizin başçısı vurğulayıb ki, mənfur nasist general Qareqin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistanın bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrinası və milli təhlükəsizlik strategiyası qəbul edilib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub.

Keçidlər