Şriftin ölçüsü :

Saytın rəngi :

BU GÖZƏLLİKLƏRİ QORUMAQ HƏR BİRİMİZİN BORCUMUZDUR

18 sentyabr 2020 | 16:00

Bu gün Şəmkir şəhərinin geniş və yaraşıqlı küçələri, yaşıl park və xiyabanları, qədim abidələri, müasir tikililəri göz oxşayır.

Gecə işıqlandırmaları isə Əhməd Cavad yurduna xüsusi yaraşıq bəxş edir. Şəhərin işıqlı və çıraqban olması məqsədilə görülən işlər davam etdirilir.

Bu günədək şəhərimizin 60 faizdən çox ərazisi yeni işıqlandırma sistemləri ilə təchiz olunub. İşlər əsasən infrastruktur layihələrin başa çatdığı küçə və prospektlərdə mərhələli olaraq icra edilir.
Əziz sakinlərimiz.

Xahiş edirik parklarda və küçələrdə işıqlandırma sistemlərinin qorunmasında, onlara kimlərinsə ziyan vurmasının qarşısının alınmasında, parkalarımızın istirahət mərkəzlərimizin təmiz saxlanılmasında Sizlər də fəal olun!
Çünki bu şəhər hər birimizindir və bu şəhər bizim simamızdır.

Şəmkirimizin hər zaman təmiz və nurlu görünməsi üçün sizlərin qayğıkeşliyinizə çox ehtiyacımız var.

Hörmətlə,
#ŞəmkirRİH #MətbuatXidməti

Keçidlər