Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəmkir” futbol klubunun məşqçi heyyəti və futbolçularıyla görüş keçirilmişdir.

14 yanvar 2015 | 16:00

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov  “Şəmkir” futbol klubunun məşqçi heyyəti və futbolçularıyla görüşmüşdür.  Görüş zamanı Şəmkirdə ən çox sevilən idman  növlərindən  biri  olan futbolun zəngin tarixi və ənənələrindən,uşaq futbolunun inkişafından geniş müzakirələr aparılmış, Şəmkir futbol klubunun vaxtilə öz aktivliyi ilə Azərbaycan futbol kulubları arasında sayılmış seçilmiş kulublardan olmuşdur. Şəmkir futbol kulubu 1954-cü ildə yaranmış,  müxtəlif  vaxtlarda 9 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmiş, üç dəfə qızıl, iki dəfə gümüş medal, bir dəfə də bürünc medallar  qazanmış, futbol üzrə Azərbaycan Kubokunun finalında 2 dəfə oynamışdır. Çempionlar liqasında təsnifat mərhələsini adlayan ilk Azərbaycan kulubu olan “Şəmkir” Latviyanın ən titullu kulubu olan  Skontonu  Bakıda  4-1 hesabı ilə məğlubiyyətə uğratmışdır. 2004-2005 –ci il fudbol  mövsümünü  18 kulub  arasında 11 yerdə bitirməsinə  baxmayaraq  mövsümlərarası fasilədə maliyyə çatışmazlığı ucbatından  fəaliyyətini dayandırmışdır.

2009-cu ilin sonlarında, Pekin Olimpiadasının bürünc mükafatçısı Mövlud Mirəliyevin təşəbbüsü ilə 4 illik fasilədən sonra yenidən bərpa olunmuş, hal-hazırda  Azərbaycan Çempionatının 1- ci divizionunda  çıxış edir.

Keçidlər