MİLLƏT VƏKİLİ KAMRAN BAYRAMOV SEÇİCİLƏRİNİ ONLAYN QƏBUL ETDİ
Milli Məclisin deputatı Kamran Bayramov onlayn qaydada Yuxarı Seyfəli kənd sakinlərini qəbul edib.
Hər bir vətəndaşın müraciəti ayrı-ayrılıqda diqqətlə dinlənilib.
Dinlənilmiş bütün müraciətlər qanunamüvafiq qaydada həll olunması məqsədilə qeydiyyata alınaraq nəzarətə götürülüb. Həlli vacib və mümkün olan problemlərin dərhal, digərlərinin qanunauyğun formada araşdırılaraq qısa zamanda nəticəsi barədə vətəndaşlara məlumat veriləcəyi bildirilib.
Kəndin icra nümayəndəsinin iştirakı ilə keçirilmiş qəbulda seçicilər tərəfindən əsasən kənd yolunun təmiri, su təchizatı, kənd məktəbinin təmiri, internet xəttinin çəkilməsivə digər məsələlər qaldırıldı.
Onlayn qəbul zamanı pandemiya vəziyyəti ilə bağlı mövcud məsələlər müzakirə edilib və vətəndaşlara karantin rejiminin şərtllərinə əməl etmələri tövsiyə olunub.
Qəbula gələnlər belə çətin vaxtda onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək ölkədə, o cümlədən Şəmkir rayonunda həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.