YOL KƏNARLARI MƏİŞƏT TULLANTILARINDAN TƏMİZLƏNİB
Şəmkir rayonunda quruculuq-abadlıq işləri geniş vüsət alıb. Bu istiqamətdə rayon sakinləri, xüsusilə də Şəmkirin xaricdə yaşayan iş adamları fəal iştirak edirlər.
Şəmkir şəhəri də daxil olmaqla, kənd və qəsəbələrdə yolların abadlaşdırılması, suvarma kanal və arxlarının təmizlənməsi, eyni zamanda ekaloji təmizlik yaratmaq məqsədi ilə tədbirlərin həyata keçirilməsi artıq sakinlərin də bu işlərdə fəallığına səbəb olub.
Bu dəfə #Qılıncbəyli kəndinin el-obasına dəyər verən sakinləri doğma kəndlərində təmizlik işləri həyata keçiriblər. Belə ki, kənd sakinlərinin dəstəyi ilə Qılıncbəyli kəndinə gedən yolun kənarları məişət tullantılarından təmizlənib.
Natəmizliyə şərait yaradan həmin ərazidə yaşayan vətəndaşlara məişət tullantılarının müəyyən olunmuş ərazilərə atılması barədə məlumat verilib