Şriftin ölçüsü :

Saytın rəngi :

"#DOĞMA #KƏNDİMDƏ #BİR #İZ #QOYDUM" layihəsinə bu dəfə #AşağıSeyfəli sakinləri qoşuldular

09 sentyabr 2020 | 16:00

Şəmkir rayonunda quruculuq-abadlıq işləri geniş vüsət alıb. Bu istiqamətdə rayon sakinləri, xüsusilə də Şəmkirin xaricdə yaşayan iş adamları fəal iştirak edirlər.

Şəmkir şəhəri də daxil olmaqla, kənd və qəsəbələrdə yolların abadlaşdırılması, suvarma kanal və arxlarının təmizlənməsi, eyni zamanda ekaloji təmizlik yaratmaq məqsədi ilə tədbirlərin həyata keçirilməsi artıq sakinlərin də bu işlərdə fəallığına səbəb olub.

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yeni bir layihə-"Doğma kəndimdə bir iz qoydum" start götürdü. Artıq layihəyə qoşulanların sayı hər gün artır. Şəmkirlilər lahiyə çərçivəsində öz doğma el-obalarında xeyriyyə işləri görürlər.

Bu dəfə #AşağıSeyfəli kəndinin el-obasına dəyər verən sakinləri doğma kəndlərində xeyriyyə işləri həyata keçiriblər. Belə ki, kəndsakinlərinin dəstəyi ilə Aşağı Seyfəli ərazisində 15 km kəndarası yollar abadlaşdırılıb. Həmin küçələrə qum-çınqıl tökülərək, texnika ilə hamarlaşdırılırb və küçələrin ətrafı tullantılardan təmizlənib. Eyni zamanda 150 mm-lik borularla kəndə 2 su xətti çəkilib.

Qeyd edək ki, digər fəal kəndlərimiz kimi Aşağı Seyfəli sakinləri də "Əl-Ələ verək Dəstək olaq" layihəsində də fəal iştirak etdilər və Şəmkir rayonu üzrə doğma kəndlərinə ən çox dəstək göstərən kəndlərdən biri oldular.

Keçidlər