Şriftin ölçüsü :

Saytın rəngi :

ƏRAZİ MƏİŞƏT TULLANTILARINDAN TƏMİZLƏNİB, NATƏMİZLİK YARADANLARA XƏBƏRDARLIQ EDİLİB

07 sentyabr 2020 | 16:00

Şəmkir şəhəri, Posanlı yaşayış massivində yerləşən Qafur Məmmədov küçəsinin yaxınlığındakı ərazinin zibilliklərdən təmizlənməsi ilə əlaqədar vətəndaşlar tərəfindən daxil olmuş müraciətlə əlaqədar həmin əraziyə baxış keçirilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin tapşırıqları əsasında şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəvə rayon Kommunal Müəssisələr Kombinatı tərəfindən ərazi məişət tullantılarından təmizlənib.

Təmizlik işləri yekunlaşdıqdan sonra həmin ərazidə yaşayan vətəndaşlara proflaktik söhbətlər aparılmış, məişət tullantılarının müəyyən olunmuş ərazilərə atılması barədə onlarla məlumatlandırılmışlar.

Ərzaidə natəmizliyə şərait yaradan və ərazini xəstəlik mənbəyinə çevirən sakinlərə xəbərdarlıq edilib, bildirilib ki, bundan sonra tullantıları həmin əraziyə atan şəxslərin müəyyənləşdirilməsi və cərimələnməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçiriləcəkdir.

Keçidlər