Gənc Həkimlər birliyinin növbəti təşəbbüsü Qapanlı kəndində keçirilmişdir.
13 yanvar 2015 | 16:00
13 yanvar 2015-ci il tarixdə Şəmkir rayon Gənc Həkimlər Birliyi tərəfindən Qapanlı kənd sakinlərinin təmənnasız tibbi müayinəsi və müalicəsi təşkil edilmişdir. Müayinə yenicə əsaslı təmir olunmuş Qapanlı kənd həkim məntəqəsində aparılmış, 123 kənd sakininə xidmət göstərilmişdir.
Şəmkir rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədov səyyar görüşü zamanı Gənc Həkimlər Birliyinin bu təqdirə layiq işi ilə tanış olmuş, onların təşəbbüsünü yüksək qiymətləndirərək öz təşəkkürünü bildirmişdir.