ŞƏMKİR RİH-DƏN DAHA BIR GƏNCƏ BÖYÜK ETİMAD
04 sentyabr 2020 | 16:00
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Tatarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni kadr təyinatı olub.
Belə ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən İsmayılov İqbal Rafiq oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Tatarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından İqbal İsmayılovu təbrik edir, yeni işində uğurlar arzulayırıq!