Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunun Qapanlı kəndində hesabat yığıncağı keçirildi.

13 yanvar 2015 | 16:00

Yanvarın 13-də  Şəmkir  rayon İcra Hakimiyyəti  Başçısı  Alimpaşa Məmmədovun iştirakı ilə Qapanlı  kənd  inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2014 – cü ilin yekununa dair hesabat yığıncağı keçirilmişdir.

Hesabat yığıncağında rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə,təşkilatların rəhbərləri və Qapanlı kənd sakinləri iştirak etmişlər.

Hesabat məruzəsi ilə çıxış edən Şəmkir  rayon İcra Hakimiyyəti Başçısının Qapanlı  kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi  Nəriman İsmayılov son illərdə Respublikamızda, rayonda eləcə də kənd ərazi vahdliyində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə danışmış və onun bir nümunəsi kimi kənd əhalisini narahat edən məsələlərdən biri olan  həkim tibb məntəqəsinin  yeni standartlara cavab  verən  uslubda tikilərək əhalinin  istifadəsinə verilməsindən geniş danışmış, gələcəkdə  kənd əhalisinin  pensiya və əmək haqlarının alınmasını asanlaşdırmaq  üçün bonkamatların quraşdırılmasını, kənd arası elektrik  naqillərinin  yeniləşdirilib kabelləşdirlməsinin və elektrik sayğaclarının desmart sayğacları ilə əvəz olunmasını rayon  rəhbərliyindən xahiş etmişdir.   

Sonra Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov  əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə həyata keçirilən siyasi ,iqtisadi ,sosial yüksəliş strategiyasıdan danışmışdır. Yekunda kənd sakinləri  kənddə onlar üçün yaradılmış şəraitə görə  başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə bir daha öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər