Şriftin ölçüsü :

Saytın rəngi :

MİLLƏT VƏKİLİ NİZAMİ SƏFƏROV SEÇİCİLƏRİNİ ONLAYN QƏBUL ETDİ

29 avqust 2020 | 16:00

Milli Məclisin deputatı Nizami Səfərov onlayn qaydada Qaracəmirli kənd sakinlərini qəbul edib.

Hər bir vətəndaşın müraciəti ayrı-ayrılıqda diqqətlə dinlənilib. Dinlənilmiş bütün müraciətlər qanunamüvafiq qaydada həll olunması məqsədilə qeydiyyata alınaraq nəzarətə götürülüb. Həlli vacib və mümkün olan problemlərin dərhal, digərlərinin qanunauyğun formada araşdırılaraq qısa zamanda nəticəsi barədə vətəndaşlara məlumat veriləcəyi bildirilib.

Qəbul zamanı sakinlər əlillik dərəcəsinin alınması, suvarma su təchizatı və digər məsələlər qaldırıblar.

Qəbula gələnlər belə çətin vaxtda onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək ölkədə, o cümlədən Şəmkir rayonunda həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər