Şriftin ölçüsü :

Saytın rəngi :

MİLLƏT VƏKİLİ SEÇİCİLƏRİNİ ONLAYN QƏBUL ETDİ

28 avqust 2020 | 16:00

Milli Məclisin deputatı Kamran Bayramov onlayn qaydada Qapanlı kənd sakinlərini qəbul edib.
Hər bir vətəndaşın müraciəti ayrı-ayrılıqda diqqətlə dinlənilib. Dinlənilmiş bütün müraciətlər qanunamüvafiq qaydada həll olunması məqsədilə qeydiyyata alınaraq  nəzarətə götürülüb. Həlli vacib və mümkün olan problemlərin dərhal, digərlərinin qanunauyğun formada araşdırılaraq qısa zamanda nəticəsi barədə vətəndaşlara məlumat veriləcəyi bildirilib.
Qəbul zamanı sakinlər Təzəkənd-Qapanlı yolunun təmiri, yeni salınmış məhəllələrin qazlaşdırılması, kəndin uşaq bağçasının təmiri, suvarma su təchizatı və digər məsələlər qaldırıblar.
Həmçinin onlayn qəbul zamanı pandemiya vəziyyəti ilə bağlı mövcud məsələlər müzakirə edilib və vətəndaşlara karantin rejiminin şərtllərinə əməl etmələri tövsiyə olunub.
Qəbula gələnlər belə çətin vaxtda onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək ölkədə, o cümlədən Şəmkir rayonunda həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər