AVQUSTUN 27-DƏ ŞƏMKİR RAYONUNA TƏBİİ QAZ VERİLMƏSİNDƏ FASİLƏLƏR OLACAQ
26 avqust 2020 | 16:00
Sabah saat 09:00-dan etibarən Şəmkir rayonuna təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-dən verilən məlumata görə, “Qazıməmməd-Qazax” 2-ci xətt magistral qaz kəməri üzərində quraşdırılmış avadanlıqların təmir-təftiş olunması ilə əlaqədar avqustun 27-də Şəmkir rayonu ərazisinə təbii qaz təchizatı dayandırılacaq və rayon ərazisinə təbii qazın verilməsində fasilələr yaranacaq.
Şəmkir Regional qaz İstismarı İdarəsindən bildirilib ki, təmir işləri ən qısa zamanda yekunlaşacaq və qaz təchizatında fasilələr aradan qaldırılacaq.