Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRİN ƏN BÖYÜK KƏNDİ 33 YAŞLI GƏNCƏ TAPŞIRILDI

25 avqust 2020 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Zəyəm Cırdaxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni kadr təyinatı olub.

Belə ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Burcuyev İsmayıl Qabil oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Zəyəm Cırdaxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib.

İ.Burcuyev 1987-ci il tarixində Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində dünyaya gəlib. Milli Aviasiya Akedemiyasının hüquq fakültəsini bitirib.

33 yaşlı gənc bundan öncə Müdafiə Nazirliyinin Hüquq İdarəsinin 8-ci tətqiqat bölməsində hüquqşünas tətqiqatçı vəzifəsində çalışıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından İsmayıl Burcuyevi təbrik edir, yeni işində uğurlar arzulayırıq!

Keçidlər