Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ 672 MƏCBURİ KÖÇKÜN AİLƏSİ ÜÇÜN NƏFİS TƏRTİBATLI, MÜASİR GÖRÜNÜŞLÜ ÇOXMƏNZİLLİ 16 YAŞAYIŞ BİNASI TİKİLƏCƏK

24 avqust 2020 | 16:00

Şəmkir şəhərində məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən çoxmənzilli yaşayış binaları tikiləcək.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov məcburi köçkünlər üçün tikiləcək binaların layihəsi ilə tanış olub.

RİH başçısına bildirilib ki, xüsusi nəfis tərtibatda tikiləcək 672 məcburi köçkün ailəsi üçün çoxmənzilli 16 yaşayış binasından ibarətdir. Binaların hər birində 42 mənzil olacaq.

Yaxın günlərdə tikintisinə başlanılacaq şəhərcik müasir görünüşü ilə Şəmkir şəhərinin gözəlliyinə yeni bir görkəm qatacaq və şəhərcikdə 528 şagird yerlik tam orta məktəb və 280 yerlik uşaq bağçası tikiləcək.

Şəhərcikdə inzibati bina, sakinlər üçün idman meydançası, avtobus dayanacağı və ticarət mərkəzi inşa olunacaq.
Layihə ilə tanış olan Alimpaşa Məmmədov bildirib ki, bütün bunlar Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin və dövlətin məcburi köçkünlərə qayğısının həqiqətən də yüksək səviyyədə olduğunun və Azərbaycanın bu səpkidə nümunəvi bir dövlət kimi çıxış etdiyinin əyani təsdiqidir.

Qeyd edək ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş şəhərciyin salınması məqsədilə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 12 iyul 2018-ci il tarixli, müvafiq sərəncamı ilə şəhər ərazisində 7 hektar torpaq sahəsi ayrılıb.

Keçidlər