Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Gəncləri asudə vaxtlarını uşaqlara həsr edib.

31 iyul 2020 | 16:00

Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gənc Könüllüləri və Şəmkir gəncləri tərəfindən həyata keçirilən “Gənclərin asudə vaxtının təşkili” təşəbbüsü çərçivəsində Şəmkir şəhər Xaqani parkındakı uşaq meydançası ərasizində abadlıq işləri aparılıb.

“Gənclərin asudə vaxtının təşkili” təşəbbüsünün əsas hədəfi Şəmkirdə yaşayan gənclərin fərdi inkişafına töhfə vermək, karyera planlaması və asudə vaxtlarında zərərli vərdişlərdən uzaq tutan idman, əyləncə tədbirlərinin təşkil edilməsidir.

Şəmkir GİKM əməkdaşı Könül Rəhimovanın mentorluğu ilə reallaşan təşəbbüs zamanı gənclər uşaq meydançasında divarların, yelləncəklərin rənglənməsi, istifadəyə yararsız oturacları bərpa edib. Eyni zamanda meydançada elektrik və təmizlik işlərini həyata keçirib .

Bu layihə təşəbbüsü UNICEF-in "Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü" proqramı çərçivəsində " Konstitusiya Arasdırmalar Fondu" və "Education Hub" tərəfindən icra olunan "Yarat, İnkişaf et, Töhfə ver" layihəsi çərçivəsində gerçəkləşir. Layihənin maliyyə dəstəkçisi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, dövlət tərəfdaşları isə Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundationdur.

#ŞəmkirGİKM #GİKM #Unicef #EDUHUP #kaf #AzGF #Eu

Keçidlər