Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunun Şiştəpə kəndində hesabat yığıncağı keçirildi.

11 yanvar 2015 | 16:00

Yanvarın 11-də  Şəmkir  rayon İcra Hakimiyyəti  Başçısı  Alimpaşa Məmmədovun iştirakı ilə Şiştəpə   kənd  inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2014 – cü ilin yekununa dair hesabat yığıncağı keçirilmişdir.

Hesabat yığıncağında Şiştəpə  kənd sakinləri və rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər.

Hesabat məruzəsi ilə çıxış edən Şəmkir  rayon İcra Hakimiyyəti Başçısının Şiştəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi  Lətif Allahverdiyev  hesabat dövründə kənd sakinlərinin də həyatında çox əlamətdar olduğunu,əhalimizi narahat edən, Şəmkir şəhərindən Şiştəpə kəndinə gedən  asfalt yolun   asfalt  örtüyü dəyişilərək yenidən   əsaslı təmir edilmiş və kənddə  içməli  su üçün  istifadə edilən  iki  kəhrizdən  birini   təmizlənərək əsaslı təmir edilmişdir. Tədbirdə çıxış edən kənd sakinləri  son illərdə Respublikamızda, rayonda eləcə də kənd ərazi vahdliyində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə danışmış və gələcəkdə  kənd əhalisinin  pensiya və əmək haqlarının alınmasını asanlaşdırmaq  üçün bonkamatların quraşdırılmasını, kənd arası elektrik  naqillərinin  yeniləşdirilib kabelləşdirlməsinin və elektrik sayğaclarının desmart sayğacları ilə əvəz olunmasını rayon rəhbərliyindən  xahiş etmişlər.                                                                                            

Sonra Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov  əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə həyata keçirilən siyasi ,iqtisadi ,sosial yüksəliş strategiyasıdan danışmışdır. Tədbirin sonunda kəndin mərkəzində, sahibkar Aslanov Zeynal  tərəfindən  hal-hazırda  tikilməkdə olan kənd gənclər mərkəzini rayon rehberliyi ilə tanş edildi və bu mərkəzin gələcəkdə kənd gənclərinin  vaxtlarının səmərəli keçirilməsində və  idmanla məşğul olmaları üçün nəzərdə tutuldugu bildirilmişdir.                                                                                                                                                                                         Yekunda kənd mərkəzinə toplanmış sakinləri,  kənddə onlar üçün yaradılmış şəraitə görə  başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə bir daha öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər