TANINMIŞ TELEAPARICI, XEYRİYYƏÇİ HACI NURAN HÜSEYNOV ŞƏMKİRİMİZ HAQDA-VİDEOREPORTAJ
Şəmkir ... Vətənimin seyrinə çağırıram elləri ... Cənnət görmək istəyən Azərbaycana gəlsin ... Vətənimin hər yeri bir cənnət misalıdır ... İstər dağ olsun, istər aran ... Hər tərəfinin öz füsunkarlığı var ... Eyni sözləri Şəmkir barədə də deyə bilərəm ... Mən hər dəfə Şəmkirə ayaq basanda özümü aqrar sahəsi inkişaf etmiş Amerika əyalətlərindən birində hesab edirəm ... Burdakı istixanalar, şitilliklər insanların zəhmətkeşliyindən xəbər verir ... Şəmkirdə ucaldılan şəxsi evlər göz oxşayır ... Dəbdəbə və zənginliyin göstəricisi olan bu tikililər insanların əlinin qabarı hesabına başa gəlib ... Axı Şəmkir torpağı çox bərəkətlidir ... Əkilən bircə toxum bol məhsul verir ... Yetər ki, sən bunu istə ... Şəmkirdə təbiətin də, şəhərin də öz gözəlliyi var ... Şəmkir bu gün Azərbaycanın inkişaf edən bölgələrindəndir ... Şəhərdəki yeni tikililər, gündən-günə inkişaf edən infrastruktur insanı heyran edir ... Şəhərin inkişafında rayon rəhbərliyinin - xüsusən də İcra başçısı Alimpaşa Adil oğlu Məmmədovun əməyi danılmazdır... Şəmkirdə kimi dindirsən Alimpaşa Məmmədovun peşəkarlığından danışacaq ... İşə canyandıran, məharətli bir rəhbərdir O ... Şəmkirdə gözoxşayan müasir tikililərdən biri də Heydər Əliyev Mərkəzidir ... Şəhərin düz mərkəzində inşa olunan bu məkan Şəmkirə gələn qonaqların ən çox heyran qaldığı yerdir ... Mərkəzin qarçısında Ulu Öndərin heykəli ucaldılıb ... İnsan ruhunun təbiətlə harmoniya tapdığı yerdir Şəmkir ... Küçələrdə o qədər səliqə-sahman, təmizlik var ki ... Bunu camaatın özü edir ... Yəni doğulduqları, yaşadıqları şəhəri təmiz saxlayırlar ... Çünki onlarda yaşadıqları, doğulduqları yerə bir sevgi, bir məhəbbət, bir təəssübkeşlik var ...