Şəmkir ərazisinə koronavirusla mübarizə tədbirləri çərçivəsində maarifləndirici lövhələr vurulub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlər görülür.
Ölkə daxilində koronavirusa yoluxma hallarının minimuma endirilməsi istiqamətində həyata keçirilən işlərdən biri də əhali arasında aparılan maarifləndirmə tədbirləridir.
Respublikamızın hər yerində olduğu kimi, Şəmkirdə də bu sahəyə xüsusi önəm verilir.
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə və təbliğat işləri mütəmadi olaraq davam etdirilir.
Şəmkirdə koronavirusla mübarizədə təbliğat işlərinin aparılması məqsədilə ərazidə olan lövhələrə stendlər yerləşdirilib, eyni zamanda sərnişin avtobuslarının üzərinə məlumatlandırıcı vinillər vurulub.
Bütün sakinlərimizdən məsuliyyətli davranmaları, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görməklə qaydalara riayət etmələrini xahiş edirik.