Şriftin ölçüsü :

Saytın rəngi :

AZƏRBAYCAN ORDUSU DÜŞMƏNƏ LAYİQLİ CAVAB VERDİ

15 iyul 2020 | 16:00

Paşinyan hökuməti fikir yayındırmağa çalışır

Azərbaycan ordusu iyulun 12-si Ermənistanın Tovuz rayonu ilə həmsərhəd Tavuş rayonundan törədilən növbəti təxribata qarşı layiqli cavab vermişdir.

Rəsmi Yerevan Ermənistan tərəfinin itkilərini gizlətsə də, Feysbuk səhifələrində Ermənistan vətəndaşlarının yazışmalarından da aydın göründüyü kimi qarşı tərəf canlı qüvvə ilə 50 nəfərdən artıq tələfat verərək geri çəkilmişdir.

Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən yayılmış videolarda cavab olaraq düşmən mövqelərinə güclü zərbə endirilməsi ilə qarşı tərəfin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edildiyi görünür.

Ermənistan tərəfinin sərhəddə atəşkəs rejimini kobud şəkildə pozması Ermənistan hakimiyyətinin pandemiyaya qarşı mübarizəsinin uğursuz olması səbəbilə daxili narazılığın artdığı dövrə təsadüf edir. Paşinyan hökuməti bununla müxalifləri susdurmağa çalışır

Keçidlər