Şriftin ölçüsü :

Saytın rəngi :

"Ermənistanda hakimiyyət dəyişsə də, işğalçılıq ruhu yenədə qalıb"- Millət Vəkili Nurlan Həsənov

13 iyul 2020 | 16:00

"Təəssüf ki, Ermənistan işğal etdiyi torpaqlardan geri çəkilmək yerinə, işğalçı siyasətini davam etdirərək, Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etmişdir. Görünür ki, Aprel döyüşlərindən az dərs alıblar"

Bu fikirləri Şəmkiri Milli Məclisdə təmsil edən deputat Nurlan Həsənov bildirib.

"Müdafiə Nazirliyinin məlumatına əsasən, əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib"-deyən Millət Vəkili bildirib ki, bütün bu olanlar sübut edir ki, son dövrdə münaqişənin diplomatik həlli istiqamətində Azərbaycanın mövqeyinin daha da gücləndiyini nəzərə alan Ermənistan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil və məqsədi Azərbaycan torpaqlarını güc yolu ilə işğalda saxlamaqdır.

"Son baş verənlər barədə bir çox xarici mediada xəbərlər paylaşılır. Çıxan xəbərləri izləyirəm! Ermənistan bir çox tərəfli xəbərportalları, sosial şəbəkələr vasitəsilə həqiqətə uyğun olmayan məlumatlar paylaşır! Hətda sosial şəbəkələrdə bizim dilimizdə dezinformasiya yaya bilirlər! Diqqətli olmalıyıq!

Sakitliyimizi qorumalı, səbrli olmalı, ən əsası hamılıqlı Azərbaycan əsgəri ilə birlik nümayiş etdirməliyik! Çaşqınlıq, bölücülük, qarışıqlıq salmaq istəyənlər isə gec tez öz cəzasını tapacaq".

Keçidlər