Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci il dönümü münasibətilə Şəmkir rayon İcra Hakimiyyəti və YAP Şəmkir rayon təşkilatının birgə təşəbbüsü ilə “ Yeni Azərbaycan Partiyası yüksəliş illərində” adlı elmi proktik konfrans keçirildi.
Tədbir ilk olaraq Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil və tər gül çiçəklərin qoyulması ilə başlandı. Sonra tədbir Şəmkir rayonunun mərkəzində yerləşən Ə.Cavad adına Mədəniyyət evində davam etdirildi.
Tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Nazim Veysov, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Yeni Azərbaycan Partiyası İcra Katibinin müavini, Millət Vəkili, Politoloq Mübariz Qurbanlı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Millət Vəkili Məlahət İbrahimqızı, Millət Vəkili, Slavyan Universitetinin professoru Sahibə Qafarova, YAP Mərkəzi Aparatının məhsul işçisi Rəfayıl Gülməmmədov, İdarə təşkilat müdürləri və işçiləri iştirak etdilər.
Tədbir ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra tədbiri YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev açaraq geniş məruzə ilə çıxış etdi.
F.Vəliyev qeyd etdi ki, Biz bu gün zamanın tələblərindən yaranan dostluq, qardaşlıq, əmin-amanlıq, dövlətçilik, dövlətimizin, xalqımızın gələcək talehində böyük tarixi əhəmiyyətə malik olan Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci il dönümü münasibətilə yubiley tədbirinə toplaşmışıq.
Dünyada insan üçün azadlıqdan, dövlət üçün Müstəqillikdən böyük nemət yoxdur. Əgər azad insan Müstəqil dövlətdə, yaşayırsa bu dəyər ölçüyə gəlməz bir xoşbəxtlikdir.
Sivilizasiya tarixi çox böyük şəxsiyyətlərlə, sərkərdələrlə, onların əldə etdikləri böyük qələbələrə şahidlik etmiş, bu böyük şəxsiyyətlərin qurub yaratdıqları, miras qoyduqları dövlətçilik ənənələri, böyük intibal xalqlarının gələcəyinə işıq tutmuş, bəlkədə yüz illər sonrakı tarixini, dünyadakı yerini müəyyənləşdirmişdir. Məhz ona görədə belə şəxsiyyətlər tarixdi dahi, öndər lider kimi öz layiqli yerlərini tutmuşlar. Azərbaycanında dövlətçilik tarixində böyük şəxsiyyətlər, dünyaya meydan oxuyan sərkərdələr, yaşadıqları dövrün reallıqlarını dərk edərək xalqımızın milli maraqlarını ən yüksək səviyyədə qorumağa çalışan dövlət xadimləri olmuşdur.
Təbii ki, onların hər biri bu və ya başqa şəkildə Azərbaycan dövlətinin daha da möhkəmləndirilməsinə, xalqımızın firavan gələcəyinə yönəlmiş xidmətlər göstərmişlər və tarixin sınaqlarından ləyaqətlə çıxmışlar.
Amma onların heç birini Azərbaycan Xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevlə müqayisə etmək mümkün deyildir. Çünki, Ulu öndər Heydər Əliyev bir sıra siyasi xadimlərin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirmiş, əməlləri, yaratdıqları ilə ən yeni tariximizin parlaq, işıqlı səhifəsini yaratmışdır.
Ümummilli Liderimiz Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliymizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün olan hər bir işi görmüçdür.
Məhz buna görədə bu gün tam qətiyyətlə və əminliklə demək olar ki, “ Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir “.
Dünya təcrübəsi və Azərbaycan dövlətçilik tarixinin qısa təhlili göstərir ki, müstəqilliyə qovuşmaq, milli dövlət yaratmaq və yaratmaq üçün üç əsas şəraitin olması vacibdir. Belə ki,
Müstəqillik üçün mövcud daxili və xarici şəraitin yetişməsi
Müstəqillik qazanmaq, onu qorumaq və yaşatmaq üçün xalqın milli iradəsinin ortaya qoyulması və vahid milli məqsəd ətrafında birləşdirilməsi.
Həmin dövr üçün millətin vahid milli ideyasının və iradəsinin daşıyıcısı rolunu oynayan, insanları səfərbər edərək öz arxasınca aparmaq gücünə və qabiliyyətinə malik cəmiyyətin əksər təbəqələrinin qəbul etdiyi Milli liderin olmasından ibarətdir.
Sonra F.Vəliyev rayon təşkilatı haqqında ümumi məlumat verərək bildirdi ki, bu gün Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının 125 ilk partiya təşkilatında 9352 nəfər üzvü vardır ki, onların da 3521 nəfəri gənclər, 4630 nəfəri isə qadınlardır.
Bu gün Partiyamızda əsas işlərdən biri ərazi ilk partiya təşkilatları ilə səmərəli işin qurulmasıdır ki, bu məqsədlə Aparat işçiləri arasında bölgü aparılmış və ilk partiya təşkilatlarına nümayəndələr təyin olunmuşdur.
Həmçinin partiyanın Mərkəzi Aparatının verdiyi, təlimatlar, tapşırıqlar təşkilat sədrlərinə çatdırılır, ideoloji işin səviyyəsinin artırılması məqsədilə daimi olaraq rayon təşkilatında və ilk partiya təşkilatlarında toplantılar keçirilir.
Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı bu gün partiya işinin yüksəldilməsi istiqamətində çevik, inamlı və dinamik fəaliyyət üsullarına üstünlük verir.
Sonra söz YAP Şəmkir rayon təşkilatı sədrinin müavini, Rayon Təhsil şöbəsinin müdiri Məcid Şıxlıniskiyə verildi.
M.Şıxlıniski bildirdi ki, YAP yaranandan sonra insanlar bu partiyaya üz tutmağa başlayıb və yüzlərlə dayaq dəstələri yaradılıb.
Azərbaycanın ictimai-siyasi həyatında çoxşaxəli fəaliyyəti ilə xüsusi yer tutan Yeni Azərbaycan Partiyası 20-ci ildönümünü qeyd edir. Lakin tarixə nəzər salarkən, bu 20 ilin heç də asan keçmədiyini müşahidə etmiş oluruq. Çünki Ulu Öndər Heydər Əliyev demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunda siyasi partiyanın rolunu rəhbərə xas olan uzaqgörənliklə qiymətləndirərək 1992-ci il noyabrın 21-də yaradılmış Yeni Azərbaycan Partiyasının Sədr məhsuliyyətini üzərinə götürmüşdü. Azərbaycan xalqının təkidi, tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli Lider 1993-cü ildə Sədri olduğu Yeni Azərbaycan Partiyasını iqtidara gətirdi.
Sonra çıxış üçün söz Şəmkir rayon Gənclər və İdman idarəsinin rəisi Pərvin Gözəlova verildi.
P.Gözəlov Yeni Azərbaycan Partiyasının 20 il oncə, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə, ölkədə mürəkkəb ictimai-siyasi şəraitin hökm sürdüyü bir dövrdə yaradıldığını bildirdi. Qeyd etdi ki, partiya qısa bir zamanda milli birlik, vətəndaşlıq həmrəyliyinə nail olub, Azərbaycanın müstəqil dövlət quruculuğunda mühüm siyasi rol oynayıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı ilə Ümummilli lider Heydər Əliyevin ideyalarını uğurla davam etdirən, yarım milyondan çox siyasi həmfikri öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası aparıcı, intellektual, yenilikçi gəncliyin də inkişafında müstəsna rol oynayır.
Sonra çıxış üçün söz Yeni Azərbaycan Partiyası İcra Katibinin müavini, Millət Vəkili, Politoloq Mübariz Qurbanlıya verildi.
M.Qurbanlı bu əlamətdar hadisə münasibəti ilə rayon təşkilatının fəallarını təbrik etdi. Partiyanın ötən 20 ildə şərəfli yol keçdiyini bildirdi: "YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın 20 il ərzində keçdiyi yol Yeni Azərbaycan Partiyasının şərəf tarixi, şərəf salnaməsidir. M.Qurbanlı sözlərində qeyd etdi ki, bu yolun hər bir uğurunda, qələbəsində bütövlükdə YAP-ın və onun hər bir üzvünün özünəməxsus töhfələri var.
Sonra çıxış üçün söz Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Millət Vəkili Məlahət İbrahimqızına verildi.
M.İbrahimqızı bildirdi ki, məhz Ulu Öndər Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, zəngin dövlətçilik təcrübəsi nəticəsində Azərbaycan dövlətçiliyi məhvolma təhlükəsindən xilas olub: "Ulu Öndərin titanik fəaliyyəti nəticəsində ölkə daxilində ayrı-ayrı siyasi qüvvələrə tabe olan hərbi birləşmələr ləğv edildi, vətəndaş müharibəsi və separatçılığın qarşısı alındı. Bu gün müstəqil Azərbaycan Respublikası, möhkəm özülə söykənən dövlətçiliyimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu gələcəyə doğru addımlayır".
Sonra çıxış üçün söz Millət Vəkili, Slavyan Universitetinin professoru Sahibə Qafarovaya verildi.
S.Qafarova bildirdi ki, YAP zamanın tələbi ilə yaranıb: "Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə yaranan YAP qısa müddət sonra iqtidar partiyasına çevrildi. 1993-cü ildə Azərbaycan Prezidenti seçilən Ulu Öndər Heydər Əliyev dövlətçilik təcrübəsindən istifadə edərək, ölkədə ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş müharibəsinin qarşısını aldı və müstəqil Azərbaycanın tərəqqisinin əsasını qoydu. Bu gün Ulu Öndərin siyasi kursunun YAP Sədri, Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan yeni-yeni uğurlar əldə edir".
Sonra çıxış üçün söz Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Nazim Veysova verildi.
N.Veysov qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkədə bütün sahələrin, o cümlədən, təhsil və elmin özünün yeni inkişaf mərhələsini yaşadığını bildirdi: "Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranmış YAP-ın ötən 20 il ərzində dövlətçiliyimizin möhkəmlənməsində, Azərbaycan cəmiyyətinin inkişafında və yeniləşməsində müstəsna xidmətləri olub".
N.Veysov bildirdi ki, YAP hər zaman Azərbaycan dövlətçiliyinə, Ümummilli Liderimiz Heydər Əliyevə və Onun ideyalarına sadiq olub.
Sonda Azərbaycan Respublikasının Himni səsləndirildi və Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci il dönümü münasibətilə “ Yeni Azərbaycan Partiyası yüksəliş illərində” adlı elmi proktik konfrans sona çatdı.