ŞƏMKİRƏ YENİ HƏRBİ PROKUROR TƏYİN OLUNUB
10 iyul 2020 | 16:00
Bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Qəhrəmanov Şöhrət Qazaxəli oğlu Şəmkir rayonunun hərbi prokuroru vəzifəsinə təyin olunub.
11.08.1983-cü il təvəllüdlü Ş.Qəhrəmanov bundan əvvəl Bakı Hərbi prokurorunun müavini vəzifəsində çalışıb.
Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Şöhrət Qəhrəmanovu təbrik edir, şərəfli və məsuliyyətli işində uğurlar arzulayırıq.