Şriftin ölçüsü :

Saytın rəngi :

DAHA BIR GƏNCƏ ŞƏMKİR RİH-DƏ YÜKSƏK VƏZİFƏ VERİLDİ

08 iyul 2020 | 16:00

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda gənclərlə bağlı layihələr uğurla icra olunur.

Bu işlərin davamı olaraq daha bir gənc yeni vəzifəyə təyinat alıb. Bu Həsənli Eltun Şakir oğludur.

08 dekabr 1996-cı il tarixində Şəmkir rayonunun Düyərli kəndində anadan olan E.Həsənli Azərbaycan Dövlət İqtisad Universitetin maliyyə və mühasibat fakültəsini bitirib.

Həsənli Eltun Şakir oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısınıın Düyərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi-baş mühasib vəzifəsinə təyin edilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Eltun Həsənlini təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!

Keçidlər