Şriftin ölçüsü :

Saytın rəngi :

"YARAT, İNKİŞAF ET, TÖHFƏ VER"

05 iyul 2020 | 16:00

UNİCEF-in “Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və “Education HUB” tərəfindən icra olunan “Yarat, inkişaf et, töhfə ver” layihəsi çərçivəsində Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşı – Jalə Kamalovanın mentorluğu ilə 2020-ci ilin may ayından Şəmkirdə „Təmiz Həyat“ təşəbbüsünə başlanılıb.

Təşəbbüsün məqsədi BMT-nin 12-ci Davamlı İnkişaf Məqsədinə uyğun olaraq, Şəmkirdə gənclər arasında təkrar emal, yenidən istifadə və şəhərin təmiz saxlanması üçün zibil qutularından düzgün istifadə olunmasına dair maarifləndirmə işləri aparılıb.

Qlobal çağırışlara qoşulan Şəmkir gəncləri karantin qaydalarına uyğun olaraq, müxtəlif məkanlardan plastik butulkaları toplayaraq onlardan rəngarəng zibil qutusu hazırlayıb, eyni zamanda Şəmkirin müxtəlif ərazilərində yerləşən zibil qutularında cəlbedici rəsmlər çəkərək şəhər əhalisinin istifadəsinə verilib.

Qeyd edək ki, layihənin maliyyə dəstəkçisi Avropa İttifaqı, dövlət tərəfdaşları isə Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondudur.

Keçidlər