Şəmkir məktəbləri sabah keçiriləcək yekun qiymətləndirmə imtahanlarına tam hazırdır
İyulun 3-də Şəmkir rayonunda ümumtəhsil məktəblərinin 9-cu sinif şagirdləri üçün yekun qiymətləndirmə imtahanı keçiriləcək.
Dövlət əhəmiyyətli kütləvi tədbirin lazımı səviyyədə təşkili Şəmkir rayonunda xüsusi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Tibbi Ərazi Bölmələrinin İdaretmə Birliyinin tövsüyələrinə uyğun olaraq imtahan keçiriləcək məktəblər- Şəmkir şəhərində yerləşən Cahangir Rüstəmov, Əhməd Cavad, Məhəmməd Füzuli, Nəriman Nərimanov, Fərman Salmanov adına tam orta məktəblər və Kür qəsəbə 2 №-li, Düyərli kənd 1 №-li, Sabirkənd kənd Söhrab Rüstəmov adına və Təzəkənd kənd Səməd Vurğun adına tam orta məktəblərdə koronavirus infeksiyasının proflaktikasına dair metodiki göstərişlərə uyğun olaraq kompleks şəkildə dezinfeksiya tədbirləri həyata keçirilmişdir.
Həmçinin imtahan günü şagirdlərin və müəllimlərin binalara təhlükəsiz çatdırılması, imtahan zamanı binanın qarşısına toplaşanlar arasında sosial məsafənin qorunmasına da xüsusi diqqət ayrılıb.
Qeyd edək ki, yekun qiymətləndirmə imtahanı saat 11:00-da başlayacaqdır.
İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır.