Şəmkir rayonunun Qasım İsmayılov kəndində hesabat yığıncağı keçirildi.
Yanvarın 06-da Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Alimpaşa Məmmədovun iştirakı ilə Qasım İsmayılov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2014 – cü ilin yekununa dair hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında Qasım İsmayılov kənd sakinləri və rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər.
Hesabat məruzəsi ilə çıxış edən Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Qasım İsmayılov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aqşin Fərəcli hesabat dövründə kənd sakinlərinin də həyatında çox əlamətdar olduğunu,əhalimizi narahat edən, yeni yaşayış massivində 30 fərdi yaşayış evinə təbii qaz verilmişdir. O, cümlədən əkin sahələrində su təlabtını yaxşlaşdırmaq üçün subartezian quyusu qazılıb kənd əhalisinin istifadəsinə verilmişdir.
Tədbirdə çıxış edən kənd sakinləri İsmayılov Qurban, Həsənov Rauf, Qasımova Marifə, şəhid anası Zeynalova Ruqiyyə son illərdə Respublikamızda, rayonda eləcə də kənd ərazi vahdliyində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə danışmış və görülən işlərə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.
Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə həyata keçirilən siyasi, iqtisadi, sosial yüksəliş strategiyasıdan danışaraq, bu kursun uğurla davam etdirdiyini bildirdi.
Yekunda kənd sakinləri, kənddə onlar üçün yaradılmış şəraitə görə başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə bir daha öz minnətdarlıqlarını bildirdilər.