Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayon Qaralar kəndində Milli Qəhrəman Zaur Sarıyevin büstünün açılış olmuşdur.

06 yanvar 2015 | 16:00

6 yanvar 2015 – ci il tarixdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov,Şəmkir rayon Qarallar kənd sakinləri ilə görüşmüş və Milli Qəhrəman Zaur Sarıyevin büstünün açılış olmuşdur. Görüşdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının və  rayonun digər idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.

Tədbirdə kənd bələdiyyəsi Elşən Mehtiyev çıxış edərək bildirdi ki, Milli Qəhraman Zaur Sarıyev 1974-cü il  iyun ayının 28-də Şəmkir rayonunun Qaralar  kəndində anadan olmuş və  1981-1989-cu illərdə həmin kənddə təhsil almışdır. 1993-cü il iyul ayının 6-da  hərbi xidmətə çağırılmış,  qısa vaxt ərzində “N” saylı hərbi hissədə təlim alaraq cəbhəyə gondərilmişdir.

O, bildirmişdir ki, Azərbaycanın Milli Qəhramanı Zaur Sarıyev mart hadisələri zamanı   dövlətçiliyimiz,  suverenliyimiz  uğrunda ömrünü  qurban verərək  şəhdlik zirvəsini  fəth etmiş fatehdir.

Sonra  Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov  Milli  Qəhrəman   Zaur  Sarıyev  haqqında  geniş  çıxış  edərək, cəsur  döyüşçünün Fizuli, Ağdam Kəlbəcər, Murovdağ  cəbhələrində  keçdiyi  döyüş  yolundan  danışmışdır.

Daha sonra   Milli Qəhraman Zaur  Sarıyevin  bacısı  Kəmalə  Sarıyeva  qardaşının   uşaqlıqdan vətənə bağlılığından söhbət açmış və  bu bağlılığın zaman ötdükcə şəhidlik zirvəsinə qədər  ucalmasından  fərəh hissiylə danışmışdır.

Tədbirin sonunda Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov   Milli Qəhraman  Zaur  Sarıyevin  kəndin  mərkəzindəki  yeni büstünün  açılışını etmiş və büstün önünə  gül dəstələri  qoyulmuşdur.

Keçidlər