Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ KƏHRİZ QUYULARINDA İŞLƏR SÜRƏTLƏ DAVAM ETDİRİLİR

23 iyun 2020 | 16:00

Şəmkir şəhər əhalisinin su təminatının tələbata uyğun ödənilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Elə bu günlərdə vətəndaşların müraciətləri nəzərə alınaraq Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhərin Nizami küçəsində yerləşən kəhrizdə yaranmış mövcud problemin aradan qaldırılması məqsədilə su quyusunda əsaslı təmir işlərinə başlanılmışdır.

Əraziyə mövcud texnikalarla yanaşı təcrübəli kənkan işçilər də cəlb olunublar.

Kəhrizdə işlər sona çatdıqdan sonra suyun debiti artacaq ki, bu da nəticə etibarı ilə əhalinin su təminatının yaxşılaşmasına öz töhfəsini verəcəkdir.

Qeyd edək ki, bundan öncə şəhərin “Sərxan” yaşayış massivində yerləşən kəhriz quyularında da, əsaslı təmir işləri aparılıb.

Keçidlər