Şriftin ölçüsü :

Saytın rəngi :

“Pandemiya dövründə Ermənistanda vəziyyət nəzarətdən çıxıb”

19 iyun 2020 | 16:00

Bu Azərbaycanla müqayisədə daha aydın ortaya çıxır. Əhalisi 10 milyon 140 min nəfər olan Azərbaycanda yeni növ koronavirusa (COVID-19) yoluxma 10 min 991 nəfərdirsə, əhalisi cəmi 2 milyon 961 min nəfər olan Ermənistanda bu göstərici 18 min 33 nəfərə çatıb. Hazırda Azərbaycanda virusa yoluxma ilə əlaqədar müalicə alanların sayı 4 min 783 nəfərdirsə, Ermənistanda 8 min 52 nəfər müalicə olunur. Əgər Azərbaycanda koronavirusa yoluxanlardan 133 nəfər vəfat edibsə, Ermənistanda bundan 2 dəfədən də çox – 302 nəfər ölüb. Test sayına baxsaq, Azərbaycanda aparılan testlərin sayı Ermənistanla müqayisədə 4 dəfədən çoxdur. Ölkəmizdə indiyə qədər 397 min 399, Ermənistanda 87 min test aparılıb. Azərbaycanın pandemiyaya qarşı ümumi xərcləri 3,5 milyard manat olubsa, Ermənistanda bu rəqəm cəmi 300 milyon dollardır. Təkcə onu demək kifayətdir ki, hazırda Azərbaycanda 570 xəstəxana (44 min 45 ədəd çarpayı), Ermənistanda isə 130 xəstəxana (12153 ədəd çarpayı) var”.

Pandemiya dövründə Ermənistanda yaranmış acınacaqlı vəziyyətin Ermənistanın Baş Naziri Nikol Paşinyanın “Facebook” səhifəsində etiraf etdiyinə diqqət çəkib. N.Paşinyan ölkədə xəstəlik simptomlarını biruzə verməyən minlərlə xəstə olduğunu, yoluxma halları artdıqca səhiyyə sisteminin bunun öhdəsindən gələ bilməyəcəyini və xüsusilə ağır vəziyyətdə olan xəstələrin sağlamlığının təhlükə ilə qarşılaşacağını, xəstəxanalarda yer olmayacağını bildirib: “Ermənistanda hər gün 500-700 arası insan koronavirusa yoluxur. Onların 5 faizi ağır keçirir, bu, olduqca ciddi rəqəmdir və səhiyyə bu qədər insana xidmət edə bilmir. Təsadüfi deyil ki, Ermənistanda koronavirus pandemiyasının geniş yayıldığı son günlərdə KİV-də Baş Nazir Nikol Paşinyan hədəf olaraq seçilib və onun məsuliyyət daşıdığı bildirilir. Bu xəbərlərdə əsasən pandemiyanın ilk ayında Paşinyanın məsələyə münasibəti xüsusən tənqid olunur. Qeyd edilir ki, Ermənistan müstəqilliyini elan edəndən bu günə qədər bütün demokratiya çağırışlarına baxmayaraq, qərarları bir nəfər - prezident, indi isə Baş Nazir Paşinyan verir, kollektiv qərar vermə mexanizmi ölkədə heç bir zaman olmayıb. Böyük bir ehtimalla yaxın gələcəkdə Paşinyan siyasi məsuliyyəti Baş nazirin müavini Tiqran Avinyana və Səhiyyə naziri Arsen Torosyana yükləyəcək. Mart və aprel aylarında qonşu ölkələr pandemiyaya qarşı tədbirlər alarkən Paşinyanın başı siyasi rəqibi Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanı vəzifəsindən uzaqlaşdırmaq üçün konstitusiya referendumu keçirməyə qarışmışdı. Paşinyan koronavirusa qarşı “Koronavirus kimin itidir?”, “Maska taxmağa ehtiyac yoxdur” kimi məsuliyyətsiz ifadələrdən istifadə edirdi.

Ermənistanda koronavirus pandemiyasının geniş yayıldığı dövrdə tətbiq edilən məhdudiyyətlərə görə ölkə iqtisadiyyatının iflic vəziyyətinə düşəcəyi ehtimalı daha da artır və ekspertlər bu barədə fikirlərini bildirirlər. Ermənistanın sabiq İqtisadiyyat naziri Armen Yeqizaryan hesab edir ki, komendatura yenidən 14 günlük karantin elan edərsə, ölkə iqtisadiyyatı 700 milyon dollar itirəcək və böyük bir ehtimalla bu zaman iqtisadiyyatın yenidən canlanması ciddi problem olaraq hökumətin qarşısına çıxacaq. Sabiq nazir bildirir ki, artıq ölkədə koronavirusa yoluxanların sayı o qədər artıb ki, alınan karantin tədbirləri belə arzu edilən nəticəni verməyəcək. Son aylarda hökumətin tətbiq etdiyi antiböhran proqramı maliyyə cəhətdən yetərli deyil və vətəndaşlar üçün ciddi nəticə vermir, onların sosial-iqtisadi problemlərini həll etmir. Ölkə hər gün təxminən 51 milyon dollar zərərlə işləyir və bu, Ermənistan kimi kiçik bir dövlət üçün olduqca ciddi rəqəmdir. Yeqizaryan onu da vurğulayıb ki, yenidən iki həftəlik karantin tədbirləri alınarsa və pandemiyanın qarşısı alınmadığı təqdirdə karantin uzadılarsa, ölkənin zərəri ikiqat artacaq, yəni 1 milyard 400 milyon dollar olacaq. Ermənistanda dilə gətirilən bu etiraflar da pandemiya dövründə Ermənistandakı son vəziyyət, bu ölkənin gələcəyi barədə aydın təsəvvür yarad

Keçidlər