Şəmkirdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə həsr olunmuş tədbir keçirildi.
2014-cü il dekabrın 30-da Heydər Əliyev Mərkəzində Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun idarə və müəssisə rəhbərlərinin və rayon ictimaiyyətinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə həsr olunmuş tədbir keçirildi.
Əvvəlcə tədbirin aparıcısı qonaqları salamlayaraq onları Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi, 2014-cü il ərzində Şəmkir rayonunda aparılan abadlıq-quruculuq, sosial-iqtisadi, təhsil, səhiyyə, mədəniyyət sahələrində görülmüş işlər haqqında məlumat verdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatımızın inkişaf etdiyini, Dövlət Proqramlarının icra edildiyini, ümumilikdə, 2014-cü ildə ölkə qarşısında duran bütün vəzifələrin şərəflə yerinə yetirildiyi bildirildi.
Sonra Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə təbrik edərək, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu şərəfli ənənənin gündən-günə daha geniş vüsət aldığını bildirdi.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonun sosial-iqtisadi inkişafında, ictimai həyatında fəal rol oynayan bir qrup şəxsləri fəxri fərmanlarla mükafatlandırdı.
Tədbir incəsənət ustalarının çıxışları,maraqlı əyləncəli viktorinalar, möhtəşəm rəqslər, şou proqram ilə davam etdirildi.