Şriftin ölçüsü :

Saytın rəngi :

Görünməz təhlükə ilə mübarizə aparan “Görünməyən Qəhrəmanlar”

11 iyun 2020 | 16:00

Bu gün ölkəmizdə pandemiya ilə bağlı müxtəlif istiqamətlərdə mübarizə aparılmaqdadır. Bu mübarizə bütün dünya dövlətlərindən, beynəlxalq təşkilatlardan, o cümlədən bütün insanlardan gərgin əmək, çətin və məsuliyyətli qərarlar tələb edir.

Lakin ən vacib və ən mürəkkəb vəzifə ilk növbədə tibb işcilərinin, polis və fövqəladə hallar orqanlarında çətin və məsuliyyətli xidmət kecən cəsur və əzmkar insanların üzərinə düşür.

Bu gün həkimlərimiz bu qlobal təhlükə ilə mübarizənin ön cəbhəsində öz həyatlarını riskə ataraq şəfqət, humanizm və mərhəmət prinsiplərini rəhbər tutur, ən qiymətli sərvət olan insan həyatının xilas olunması üçün yorulmadan calışırlar.

Şəmkir Rayon Mərkəzi Xəstəxanası da panidemiya ilə mübarizə çərçivəsində koronavirsa yoluxmuş xəstələr üçün karantin zona elan edilmişdir.

Orada çalışan həkimlərimiz də gecəsini gündüzə qataraq insanlara əzmlə xidmət göstərirlər.

Onlar görünməz təhlükə ilə mübarizə aparan “Görünməyən Qəhrəmanlar”dır.

Həkimlərimizin bu əzimkar fəaliyyətləri rayon rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir, onlar hər zaman diqqət mərkəzində saxlanılır.

Bu yaxınlarda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının işçiləri ilə görüş zamanı həkimlərimizə görünməyən qəhrəmanlarımız deyə müraciət edərək, onlara şərəfli xidmətlərinə görə təşəkkürünü bildirib.

İcra başçısı koronavirusa qarşı mübarizədə görülən tədbirlər çərçivəsində tibb işçilərinin fədakarlığını xüsusi vurğulayıb.

Şəmkir RİH kollektivi və bütün şəmkirlilər adından dövlətimizə, millətimizə şərəflə xidmət edən fədakar həkimlərimizə təşəkkür edir, onlara şərəfli işlərində uğurlar arzulayırıq!!!

Keçidlər