"Pandemiyaya mübarizədə həkimlər ön xəttədir və tibbi personal dövlətin qayğısını hiss edir, onlar bu çətin günlərdə vətəndaşlarımızın sağlamlığı üçün çalışırlar"
11 iyun 2020 | 16:00
Bu sözləri Prezident Cənab İlham Əliyev modul tipli xəstəxananın açılışında deyib.
Dövlət başçısı həkimlərin fəaliyyətini, fədakarlığını yüksək qiymətləndirib: "Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir. Mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır".